AFFA milli komandaya Rusiya klubundan qapıçı çağırır
13.01.2012 - 14:52
Azərbaycan millisinə yeni qapıçı cəlb olunur. Apasport.az saytlının məlumatına görə, Rusiyanın “Daqdizel” klubunda oynayan Abdulla Hacıkadiyev gənclər yığmamıza dəvət olunub.
Həmyerlimiz Emin Ağayevin baş məşqçisi olduğu komandanın formasını geyinən 18 yaşlı rusiyalı qolkiper yanvarın 20-dən 29-dək Antalyada baş tutacaq seleksiya xarakterli təlim-məşq toplanışına qatılacaq. Abdullanın adı AFFA-nın yanvarın 5-də açıqladığı heyətdə olmasa da, sonradan U-21-in çalışdırıcısı Bernard Lippert ona dəvət göndərib.
Qeyd edək ki, Hacıkadiyev Rusiya çempionatının II divizionunun Cənub zonasının cari mövsümündə 13 oyun keçirib və 19 qol buraxıb.

0
0