UEFA Azərbaycan və Ermənistan yığmalarını üz-üzə gətirir
13.01.2012 - 15:18
UEFA Azərbaycan və Ermənistan yığmalarını üz-üzə gətirir
UEFA Azərbaycan milli komandasının iştirakı ilə eksperiment turnir təşkil edəcək. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun qərarına əsasən, Tiflisdə Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyə millilərinin iştirakı ilə belə yarış keçiriləcək. Bu, aprelin 14-dək 22-dək olacaq. Orada 16 yaşadək futbolçular və 17 yaşadək qızlar iştirak edəcək. Gürcüstan Futbol Federasiyası (GFF) turnirin təşkilatçılığı və təhlükəsizliyin təmin olunmağı ilə bütün öhdəçilikləri boynuna götürdüyünü rəsmən açıqlayıb.

UEFA-nın baş katibinin və milli komandalar departamentinin rəhbərinin müavini Teodor Teodorisinin rəsmi məktubunda bildirilir ki, həmin turnir GFF üçün gələcəkdə daha böyük turnirdə keçirməklə bağlı yaxşı sınaq olacaq.