“Xəzər Lənkəran” bəyənmədi, Millətlər Kubokunda oynayacaq
14.01.2012 - 00:01
Yanvarın 21-də Afrikanın ən yaxşı milli komandalarının iştirakı ilə qitə çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, Ekvatorial Qvineya və Qabonun birgə təşkil etdiyi Afrika Millətlər kubokunda “Qara qitə”nin ən güclü 16 yığması mübarizə aparacaq.
Artıq komandalar iştirak ərizələrini təşkilatçılara təqdim ediblər. Lakin 2 il əvvəlkindən fərqli, bu dəfə heç bir Azərbaycan klubu Afrikanın ən nüfuzlu turnirində təmsil olunmayacaq. Hərçənd 2 il əvvəl “Muğan”ın futbolçusu Narsis Yameoqo Millətlər kubokunda oynamaqla, final mərhələsinə Azərbaycan klubundan yollanan ilk və hələlik yeganə futbolçu kimi tarixə düşmüşdü.
Bununla belə, Narsis yenə Burkina-Faso millisi ilə birlikdə qitə birinciliyində çıxış edəcək. Lakin artıq Azərbaycan klublarının deyil, Portuqaliyanın “Kamaça” komandasının üzvü kimi. Ölkəmizdə oynamış, lakin Azərbaycanı tərk etmiş daha 1 futbolçu isə Qvineya yığmasının şərəfini qoruyacaq. Bu, “Xəzər Lənkəran”ın sabiq oyunçusu İbrahima Banquradır.

0
0