Mehman Allahverdiyev: Hədiyyə yox, dostlarımı gözləyirəm
13.01.2012 - 16:12
Azərbaycan ən titullu məşqçilərindən olan Mehman Allahverdiyev həyatında əlamətdar hadisəni qeyd edir. Apasport.az saytının məlumatına görə, “Kəpəz”ə tarixində bütün uğurları qazandıran təcrübəli mütəxəssisin bu gün 52 yaşı tamam olur.
Allahverdiyev saytımıza açıqlamasında doğum günü ilə bağlı ziyafət keçirəcəyini bildirib: “Bu gün qonaqlıq olacaq və ad günümü qeyd edəcəyik. Bakıdan da qonaqlar, dost-tanışlar gələcək. Ancaq o səviyyədə yüksək olmayacaq. Sadəcə, həyatımda növbəti doğum günüdür. Yubileyim – 55, 60 yaşım tamam olsaydı, bunu xüsusi qeyd etmək olardı. O zaman öz yaxın dostlarımızın iştirakı ilə lap təmtəraqlı olardı”.
Allahverdiyev 2 il öncə 50 illik yubileyini təmtəraqla qeyd edə bilmədi. Bu da həmin ərəfədə qardaşının vəfat etməyi ilə bağlı idi. Maraqlıdır ki, Gəncə təmsilçisinin sabiq baş məşqçisi budəfəki ad gününə hansı hədiyyələri gözləyir: “Hədiyyə yox, dostlarımı gözləyirəm. Onların gəlib, ad günümdə iştirak etməyi elə mənim üçün hədiyyədir”.
Qeyd edək ki, “Kəpəz” uğurlarını qazandığı 90-cı illərdə Allahverdiyevin rəhbərliyi altında 7 titul – 3 dəfə ölkə çempionluğu, 4 ölkə kubokunu qazanıb.
Mehman SÜLEYMANOV

0
0