“Kişi kimi yaşamışam, kişi kimi də öləcəm” - FOTO
13.01.2012 - 16:42
“Düzdür, komanda zəif çıxış edirdi: 8 oyundan cəmi 3 xal toplamışdıq. Sözsüz ki, bu mənim üçün də uğursuz nəticə idi. Amma bir məsələni də yaddan çıxarmaq olmaz ki, biz güclü komandalara qarşı çox inamla mübarizə aparmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev deyib.
Bu gün 52 yaşını qeyd edən mütəxəssis Gəncə təmsilçisindən istefa verdikdən sonra uzun müddət mətbuata danışmamağının səbəbini açıqlayıb: “Bilirsiniz, niyə danışmırdım? İstər-istəməz istefaya gedən adam sabiq klubu haqqında narazılıq dilə gətirir. Gedəndən sonra danışanda, adama sual verərlər ki, bəs bunu işləyən vaxt niyə demirdim? Əsl kişi odur ki, işlədiyi zaman problemləri desin”.
Allahverdiyev “Kəpəz” rəhbərliyi ilə arasında problemin olmadığını da bildirib: “İnsan heç yerdə əbədi deyil. Bir gün burdasan, sabah yoxsan. Əsas məsələ odur ki, işlədiyin, istefa verdiyin vaxtda qürurunu, kişiliyini itirməyəsən. Mən kişi kimi yaşamışam, kişi kimi də öləcəm”.

0
0