Elmir Əliyev: Fikirlərim təhrif olunub
13.01.2012 - 17:00
“Komanda Gəncədə məşqlərə başlayıb. Amma hazırlıqları harada başa vuracağımızı hələ dəqiqləşdirməmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun prezidenti Elmir Əliyev deyib.
Fəaliyyətini bərpa edən Gəncə təmsilçisi gündə 2 dəfə olmaqla, doğma şəhərdə hazırlıq keçir. Komandanın Gürcüstana gedəcəyi barədə xəbəri təkzib edən Əliyevin sözlərinə görə, onun fikirləri təhrif olunub: “Gürcüstana gedəcəyimizi deməmişəm. Çünki bu, hələ bilinmir. Gələn həftə sponsorlarla görüşümüz olacaq. Hər şey həmin toplantıda bilinəcək”.
Bu arada “Kəpəz”in yeni sponsorlarla danışıqlar apardığı deyilirdi. Lakin klub prezidenti bunun şayiədən başqa bir şey olmadığını deyib: “Heç bir yeni sponsorla danışıq aparmırıq. Əvvəlkilərlə yollarımızı davam etdirəcəyik”.

0
0