“Hələ ki, ölkəniz haqda məndə tam fikir formalaşmayıb” - MÜSAHİBƏ
13.01.2012 - 17:35
“Qəbələ”nin yeni transferi Yannik Kamanan klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, fransalı futbolçu yeni komandası haqda təəssüratlarını açıqlayıb.
- Daha öncə bir-birindən fərqli bir neçə ölkədə futbol oynamısınız. Artıq Azərbaycanda, Qəbələdəsiniz. Azərbaycan və Qəbələ haqqında ilkin təəssüratlarınızı bilmək maraqlı olardı...
- Azərbaycana yeni gəlmişəm. Hələ ki, ölkəniz haqda məndə tam fikir formalaşmayıb. Bunun üçün ölkədə müəyyən müddət yaşamalıyam. Amma ilkin olaraq gördüklərim məndə xoş təəssüratlar oyadıb. Buraları gördükdən sonra seçimimin doğru olduğuna bir daha əmin oldum. Yaxın vaxtlarda ailəmi də Qəbələyə gətirməyi planlaşdırıram.
- Artıq yeni komandan ilə bir neçə məşqə çıxmısınız. Komanda və futbolçular haqda nə deyə bilərsiniz?
- Burada məni çox yaxşı qarşıladılar, xoş münasibət göstərdilər. İlk məşqlərdən komandanın peşəkarlığının və ciddiyyətinin şahidi oldum. Heyətdəki futbolçular da çox istedadlıdırlar. Zaman keçdikcə onları daha yaxından tanıyacam.
- Daha öncə Azərbaycan futbolu, burada oynayan legionerlər haqqında məlumatınız, Azərbaycanda futbolçu tanışlarınız var idimi?
- Azərbaycan futbolu haqda o qədər də məlumatlı deyildim. Sadəcə, futbolun inkişafda olduğunu bilirəm. Ölkədə səviyyəli legionerlərin top qovduğundan xəbərdaram. Futbolçulardan “Qəbələ”li Viktor Mendini tanıyıram. Onunla Türkiyə Superliqasından tanışam. Azərbaycan, “Qəbələ” haqda məlumatları da əsasən Mendidən almışam. Mpenza (“Neftçi”nin sabiq hücumçusu-red.) ilə eyni yerdə istirahətdə olmuşuq və o əsnada tanış olmuşuq. Bir də eks-“Qəbələ”li Serje Cehuanı tanıyirdım. Başqa tanıdığım yoxdur.
- Məşqlərdə Deon Bartonla yaxın olduğunuzu müşahidə etdik...
- Bəli, Bartonla bir-birimizi gözəl başa düşürük. Hər ikimiz İngiltərədə oynamışıq. Ortaq dostlarımız var. Məsələn, Stefen Klements hər ikimizə yaxın futbolçudur. Barton Qəbələni öyrənməkdə mənə çox yardımçı olur.
- Qəbələdə futbol üçün yaradılan şəraiti necə qiymətləndirirsiniz?
- Düzünü desəm, bu cür şərait gözləmirdim. Gördüklərim mənim üçün xoş sürpriz oldu. Meydançalar, baza əladır. Futbol üçün hər cür şərait var.
- Məşqçi heyəti ilə rahat anlaşa bilirsinizmi?
- Çox rahat anlaşıram. Hamının ingiliscə bilməsi ünsiyyətimizi asanlaşdırır. Məşqçi heyəti türklərdən və ingilislərdən təşkil olunub. Mən isə həm Türkiyədə, həm də İngiltərədə top qovmuşam. Bu səbəbdən anlaşmaqda problem yaşamıram.
- Qəbələnin təbiətini bəyəndinizmi?
- Təbiət gözəldir. Amma soyuqdur (gülür). Bildiyiniz kimi “Qəbələ”dən öncə “Mersin İdman Yurdu”nda oynayırdım. Mersinin havası mülayim idi. Mersindən öncə isə “Sivasspor”da 2,5 il top qovmuşam. Sivasın havası da sərt idi. Qəbələ mənə Sivası xatırlatdı.
- “Qəbələ”də hədəfləriniz...
- Buraya komandanın lazımlı parçasına çevrilmək məqsədilə gəlmişəm. Mənim üçün öyrənməyin yaşı yoxdur. “Qəbələ” təcrübəmə təcrübə qatıb uğur qazanmaq istəyirəm. Komandamın hədəflərindən xəbərdaram. İstəyirəm, bu hədəflərin əldə olunmasında mənim də payım olsun. Əsas hədəfim “Qəbələ”nin Avropaya getməsinə kömək etməkdir.
- “Qəbələ” azarkeşlərinə sözünüz...
- “Qəbələ”də çoxlu qol vurub azarkeşləri sevindirmək istəyirəm. Amma komanda olaraq mütləq bütünləşməliyik. Həm azarkeşin, həm də futbolçuların üzərinə düşən işlər var. Mən komandanın bir parçasıyam və azarkeşlərimizin də dəstəyi ilə üzərimə düşən vəzifənin öhdəsindən gələcəyimə inanıram.

0
0