“Turan” hələ qış yuxusundadır
14.01.2012 - 00:05
“Uşaqlar zəng vurub, nə vaxt toplaşacağımızı xəbər alırlar. Əvvəlcədən yanvarın 13-də və ya 14-də toplaşmağımız nəzərdə tutulmuşdu”. Bu sözləri apasport.az saytına “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Cari mövsümdə daha çox maliyyə çatışmazlığı üzündən yaşananlarla diqqət mərkəzinə düşən “Turan”da qeyri-müəyyənlik davam edir. Premyer Liqanın bütün komandaları hazırlığa başlasalar da, yalnız Tovuz təmsilçisi gözləmə mövqeyindədir. Baş məşqçi də nə iş görəcəyini bilmir: “Klubun prezidenti çalışır ki, maliyyə problemini həll etsin. Ondan sonra hazırlığa başlaya bilərik. O da bu işin qaydasına düşməsində maraqlıdır”.
Yeni futbolçuların cəlb ediləcəyi sual altında olduğu bir vaxtda “Turan”ın bəzi futbolçuları özlərinə klub axtarırlar. Artıq onlardan biri karyerasını harada davam etdirəcəyini müəyyənləşdirib. Söhbət 2 gün əvvəl “Xəzər Lənkəran”la anlaşan Akif Tağıyevdən gedir.
Lənkəran təmsilçisi il ortaq məxrəcə gələn 19 yaşlı futbolçu 3 illik müqaviləyə imza atıb. Gənc futbolçunun klubdan ayrılmasına münasibət bildirən təcrübəli mütəxəssis hər bir oyunçunun lazımlı olduğunu qeyd edib: “O, qalmaq istəmirdi. Klub rəhbərliyi ilə razılıq əldə etdikdən sonra ayrıldı. İndi hər bir futbolçu klub üçün lazımlıdır. Ancaq “Turan”da perspektivli uşaqların çox olduğunu da vurğulamalıyam”.
Yasın Abbasovun məsələsinə də toxunan baş məşqçi onun “Turan”da qalacağına inanır: “Yasının məsələsi açıq qalıb. Onun kimi, digər futbolçular da qalıb gözləyirlər”.

0
0