Braziliyalı qapıçının Azərbaycan klubuna keçidinə icazə verildi
13.01.2012 - 18:38
Braziliyalı qapıçının Azərbaycan klubuna keçidinə icazə verildi
Braziliyanın “Sertaozinyo” futzal klubu yeni qapıçısını təqdim edib. Apasport.az saytının məlumatına görə, San Paulu ştatının çempionatında çıxış edən komanda Tonla anlaşıb. Buna səbəb isə Azərbaycan klubları olub.

Belə ki, “Sertaozinyo”nun əsas qapıçısı olan Bruno komandalarımızdan birindən təklif aldığını iddia edərək, klubunun rəhbərliyindən transferi üçün icazə istəyib. Qapıçını adını açıqlamadığı kluba buraxmağa razı olan “Sertaozinyo” rəhbərliyi isə fevralın əvvəlində komanda qoşulacaq yeni qolkiperi tapmaq məcburiyyətində qalıb. Tonun keçidi isə Brunonun Azərbaycana yolunu açıb, onun transferinə icazə verilməsi ilə nəticələnib.