Mehman Allahverdiyev sükutu pozdu - MÜSAHİBƏ
14.01.2012 - 00:02
Azərbaycan ən titullu məşqçilərindən olan “Kəpəz” klubunun sabiq baş məşqçisi Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi
- Cari mövsümün əvvəlində “Kəpəz”in baş məşqçisi idiniz. Ancaq növbəti ad gününüzü işsiz keçirməli oldunuz. Bu, sizə necə təsir edir?
- Bilirsiniz, bu iş daim deyil. İşsizlik hamının başında var. Həyatdır, işsiz də olursan, iş başında da. Bu, həyatın qanunudur. Belə şeylərə fikir vermək lazım deyil. Ən əsas odur ki, həyatda kişi kimi yaşamaq, kişi kimi ölmək – bir sözlə, kişi olmaq lazımdır. Ömrümü Gəncə futboluna fəda etmişəm. Həmişə doğma şəhərimin futbolu ilə nəfəs almışam. O vaxt hətta “Neftçi”də oynayanda belə “Kəpəz”i fikirləşirdim.
- Ancaq fakt odur ki, hazırda “Kəpəz”dən kənardasız. Halbuki, uzun fasilədən sonra qayıdışınızın çox çəkəcəyi gözlənilirdi. Ancaq cəmi 8 ay oldu. Niyə belə qısa?
- Nəticə olmadı, ona görə. Düzdür, fikirləşirdim ki, hər şey yavaş-yavaş qaydasına düşəcək. Ancaq mən deyən kimi olmadı və istefa verdim. Qismət olsa, “Kəpəz”ə yenə qayıdarıq. Fatih Terim də “Qalatasaray”a qayıtdı və necə uğurlu çıxış etdiyini görürsünüz. Sizə bir şeyi də deyim ki, mən “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı” və “Qarabağ” kimi güclü maliyyəsi olan klublara qayıtmamışdım. Maliyyə çətinliyi varsa, nəticə qazanmaq da çətindir. Görürsünüz də, maddi vəziyyətləri yüksək olan klublar hansı qiymətdə futbolçular alırlar. Biz də həmin qiymətə olan futbolçular transfer edə bilsəydik, nəticə tələb etmək daha doğru olardı. Yəni, o pulun qabağında nəticə verməsəydim, onda özümü günahkar sayardım.
- Azərbaycanda baş məşqçilərlə futbolçuların illik qazancı arasında fərq böyükdür?
- Bəli.
- Bundan gileylənirsiniz?
- Mən çox az pul alırdım. Amma məni pul maraqlandırmırdı. Mənim üçün ilk növbədə nəticə önəmli idi. Ancaq bu heyətlə nəticə qazanmaq çətin idi. Üstəlik, mövsüm öncəsi təlim-məşq toplanışı keçməmişdik. Son günlərdə məlum oldu ki, komanda qalacaq. Vaxt azlığından xaricə hazırlığa gedə bilmədik.
- Klubdan ayrılanda rəhbərliklə nəsə münaqişəniz olmayıb ki?
- Xeyr, nə münaqişə ola bilər ki?
- Adətən bizdə baş məşqçilər rəhbərliklə yola getmədiyi üçün klubdan ayrılırlar. Məsələn, sizdən sonra “Kəpəz”in baş məşqçisi postuna gələn Mirbağır İsayev rəhbərliklə fikir ayrılığı üzdən istefa verdi...
- Hər bir insanın fərqli xasiyyəti var. İsayevlə rəhbərlik arasında anlaşılmazlığı deyə bilmərəm. Çünki mən orada olmamışam.
- “Kəpəz”in sizə maddi borcu varmı?
- Hazırda yoxdur. Düzdür, 3-5 gün gecikmə oldu, ancaq hamısını verdilər.
- Yeni il qabağı “Kəpəz”də gözlənilməz olaylar baş verdi. Rəhbərlik sponsorların imtinası üzündən klubun fəaliyyətini dayandırdığını rəsmən açıqladı. Ancaq sonradan bunun tam əksi baş verdi. “Kəpəz”ə bağlı olan, bir gəncəli kimi bunu kənardan necə izləyirdiniz?
- Komandanın daxilində olmadığımdan, orada gedən prosesləri bilmirəm. Gəncəni futbolsuz qoymaq olmaz. Bu şəhərin Azərbaycan futbolunda öz yeri, dəst-xətti olub. Gəncəyə futbol yaraşır. Ancaq belə hadisələrin baş verməyi məni də çox məyus edirdi. Necə ola bilər ki, Gəncədə komanda olmasın? Ancaq axır günlərdə məlum oldu ki, “Kəpəz” var, komanda çıxışını davam etdirəcək. Görək, sağlıq olsun, hamısını həyat göstərəcək.
- Bildiyiniz kimi, İsayev qış fasiləsi başlayan kimi 11 futbolçunu komandadan çıxardı. Ancaq rəhbərliyin müdaxiləsindən sonra gənc qapıçı Tural Abbaszadə geri qaytarıldığı üçün İsayev istefa verdi. Sizin vaxtınızda da belə bir tapşırıq olurdumu?
- Mənim vaxtımda bunu hiss etməmişəm. Bilirsiniz ki, bizdə əsas qapıçılar Konstantin Kolesnikovla Elşən Poladov idi. Tural Abbaszadə də bizimlə məşq edirdi, oyunlara hazırlaşırdı. Gənc qapıçıdır. Mən Tural barəsində bir şey deyə bilmərəm ki, gəldilər, onun komandada qalmağını tapşırdılar. Bu proseslərin hamısı Mirbağırın dönəmində olub. O da baş məşqçi kimi öz etirazını bildirib. Əgər mənim bir şey haqda anlayışım yoxdursa, görməmişəmsə, bilməmişəmsə, o haqda söz deyə bilmərəm?
- Siz İsayevin qərarını dəstəkləyirsiniz?
- Bilirsiniz, necədir? Əvvəl yazıldı ki, Mirbağır İsayev bu səbəbdən istefa verib. Sonradan “Kəpəz” rəhbərliyi dedi ki, İsayev özünə bəhanə tapdı. Yəni artıq “Sumqayıt”a 1:4 hesablı məğlubiyyətdən sonra Mirbağırla yollarımızı ayırmaq istəyirdik. Baş məşqçi də ən asan yol kimi bunu ortaya atıb, getdi. Mən bunun nə dərəcədə doğru, səhv olduğunu deyə bilmərəm. Bunu Mirbağır bilər, onlar bilərlər. Rəhbərlik bir söz dedi, baş məşqçi bir söz.
- Sizcə, niyə Gəncə futboluna böyük pullar buraxılmır?
- Bəlkə o səviyyədə imkan yoxdur. Əlbəttə, yaxşı pul olsa, “Kəpəz” yaxşı oynayar, daha iddialı olar. Pul olmayan yerdə futbolçuları gətirib, pullarını verməmək də düzgün alınmaz.
- “Kəpəz”in fəaliyyətini dayandırdığı vaxtda sizin qayıdıb, prezident olacağınız haqda xəbərlər yayıldı. Bu, gələcəkdə mümkün ola bilərmi? Sizin prezident təyin olunub, “Kəpəz”ə yaxşı sponsor tapmaq imkanlarınız varmı?
- Bilirsiniz, hər şey məndən yox, sponsordan asılıdır. Mən də prezident olacağımla bağlı belə söhbətlər eşitdim, bu haqda yazdılar. Gəncə futbolunda hamı bilir ki, Mehman Allahverdiyevin yeri ayrıdır. Çünki nə məndən qabaq, nə də sonra mənim kimi nəticə verən olub. Qabaq nəticə verirdiksə, deməli, maliyyə durumumuz yaxşı idi.
- Komandamızın baş məşqçisi postuna uzun illər sizin köməkçiniz olan Fuad İsmayılov gəlib. Siz ötən ilin martında onu əvəzləmişdiniz. Sizcə, “Kəpəz” yaxşı tanıdığınız mütəxəssisin rəhbərliyi altında uğur qazana bilərmi?
- Vallah, mən bu haqda heç nə deyə bilmərəm. Çünki mən o insanlardan deyiləm ki, kiminsə arxasınca danışım, ona yuxarıdan aşağı baxım. Yalnız onu deyə bilərəm ki, İsmayılova uğurlar arzulayıram. Allah xeyir versin. Ancaq onu deyim ki, nəticə qazanmaq çətindir. “Kəpəz”in I diviziona düşmək ehtimalı da var, Premyer Liqada qalmaq ehtimalı da. Futbolda heç nəyə zəmanət vermək olmaz. Belə vəziyyətdə yalnız sponsorun özü ilə danışıb, razılaşıb, heyətə güclü oyunçular məqsədini reallaşdırmaq olar. Gəncə futboluna canını qoymuş bir insan kimi deyə bilərəm ki, hazırda əsas məsələ “Kəpəz”in Premyer Liqada yerini qorumağıdır.
- “Kəpəz”in sponsoru olan Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyev və “Kəpəz”in prezidenti Elmir Əliyevlə son günlərdə görüşünüz olubmu?
- Mən komandadan çıxandan sonra Xanlar müəllimlə telefon danışığım oldu. Zəng edib, dedim ki, pis-yaxşı işlədik, bizə halallıq verin. O da dedi ki, görüşüb, söhbətləşəcəyik. Fətiyevin səhhətində bir az problem yarandığından, görüşə bilmədik. İndi Allah qoysa, görüşəcəyik. Elmir müəllimlə isə danışmışıq. O, klubun prezidentidir, sponsoru deyil axı. Durub, özündən deyə bilməz ki, nə qədər maliyyə ayıraq. Klubun sponsorları var və onlar da cibinə baxıb hərəkət edirlər.
Mehman SÜLEYMANOV

0
0