Sadıqovu bəyənməyən mütəxəssis Ağayevi sevindirdi
13.01.2012 - 19:30
Rusiyanın “Anji” klubuna baş məşqçi təyin olunan Yuri Krasnojan Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevi sevindirib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin yeni baş məşqçi ilə anlaşması “Daqdizel” klubunda çalışan Ağayev üçün yaxşı nəticələnib. Bunun həmyerlimizin özü açıqlayıb: “Krasnojan müsahibəsində deyib ki, təkcə “Anji”nin əvəzedici heyətinə deyil, “Dadizel”ə də böyük diqqət ayıracaq. Bu isə o deməkdir ki, bizim oyunçularla bağlı problemimiz olmayacaq. Əsas komanda üçün yetişən əvəzedicilər “Anji”yə lazım olmadıqda bizə veriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl Krasnojan klubunda köməkçi məşqçi işləyən Vaqif Sadıqovu bu postda saxlamamağa qərar vermişdi.
Qeyd edək ki, bir müddət əvvəl Krasnojan klubunda köməkçi məşqçi işləyən Vaqif Sadıqovu bu postda saxlamamağa qərar vermişdi.
0
0