Zaur Ramazanov: Biz hər yoldan keçəni heyətə götürmürük
14.01.2012 - 00:17
Zaur Ramazanov: Biz hər yoldan keçəni heyətə götürmürük
“Biz hər yoldan keçəni yaxşı futbolçudur deyib komandaya götürmürük. Ciddi seçim gedir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun seleksiyaçı-məşqçisi Zaur Ramazanov deyib.

Artıq 2 futbolçunu – Akif Tağıyev və Qafar Əliyevi komandaya qazandıran veteran hücumçu axtarışlarını davam etdirdiyini bildirib: “Seleksiya işlərini ölkənin hər yerində aparıram. Bu yaxınlarda Lənkəranda idim. İşlər davam edir. Mən Türkiyəyə komanda ilə birgə deyil, yanvarın 23-də gedəcəyəm. Buradan heç bir futbolçu aparmayacağam. Əksinə düşərgəyə gələnləri baxışdan keçirəcəyik”.

Zaur əlavə edib ki, düşərgəyə baxışa gələnlərin çoxunun komandada qalmaq ehtimalı yoxdur: “Belarusdan gələnləri götürün. Onlar öz hesabına gəlmişdilər, elə də getdilər. Əsasən yerli futbolçulara etimad göstərmək lazımdır”.

Qeyd edək ki, Zaur Ramazanov 3 aya yaxındır cənub klubuna rəsmən qayıdıb.