“Hazırladığımız komanda rəqibdən bir baş üstün olmalıdır”
14.01.2012 - 00:01
Antalyada təlim-məşq toplanışında olan “Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov hazırlıq barədə fikirlərini açıqlayıb. Apasport.az-ın “ağ-qaralar”ın saytına istinadən xəbərinə görə, Əhmədov məşqlərin plan üzrə getdiyini bildirib: “Heç bir çətinliyimiz yoxdu. Bu hazırlıq mərhələsi komandanın gücünə güc qatacaq. Zirvədəki yerimizi qorumaq üçün futbolçuların hazırlıq səviyyəsini daha da artırmalıyıq. Hazırladığımız komanda rəqibdən bir baş üstün olmalıdır”.
0
0