“Qardaş olmaları məni maraqlandırmır” – MÜSAHİBƏ
14.01.2012 - 11:01
“Simurq” klubunun yeni transfer Ruslan Poladovun apasport.az saytına müsahibəsi
- “Simurq”a keçidiniz necə baş tutdu?
- Açığı, hər şey 2-3 günün içində həll oldu. Mən komandadan getməyi düşünmədiyimə görə, heç kimlə danışıq aparmırdım. Sadəcə, “Simurq”dan dəvət gəldi. Transfer vərəqəm öz əlimdə olmadığından, danışıqları mən yox, klubum apardı. Sözsüz ki, özüm də məsələni götür-qoy etdim. Fikirləşdim ki, baş məşqçi Kaxaber Sxadadze məni az oynadır. Bu səbəbdən yeni klubda oynamaqla bağlı problem olmayacağını düşündüm.
- Adətən, klublar futbolçusunu icarəyə verəndə belə bir şərt qoyurlar ki, bizə qarşı oynaya bilməz. Sizə də belə qadağa qoyulub?
- Açığı, belə müqavilələr olub. Amma mənim sözləşməmdə belə bənd yoxdur. Ümumiyyətlə, düşünürəm ki, bizim qarşılaşmaq perspektivimiz azdır. Çünki “İnter” və “Simurq” təsnifat mərhələsində mümkün olduğu qədər qarşılaşıblar. İndi vəziyyət belədir ki, “Simurq”un ilk “altılığ”a düşmək şansı çox deyil.
- “İnter”dən öncə iddialı “Xəzər Lənkəran”da oynamısınız. Hazırda isə elə də iddiası olmayan “Simurq”a getdiniz. Bu, geriyə atılmış addım deyil?
- “Simurq”un tarixi elə də böyük olmasa da, nəticəsi var. Komanda Avropa Liqasında mübarizə aparıb. Hesab edirəm ki, “Simurq” bu gün üçün ciddi iddialar uğrunda mübarizə aparmır. Bilinmir ki, bu komanda gələcəkdə necə olacaq. Bir məsələni də unutmaq olmaz ki, mən “İnter”də az oynayırdım. Ola bilərdi ki, altı ayda bu komandada qalıb oynamazdım və bundan sonra heç kimə lazım olmazdım. Odur ki, əlimə imkan düşmüşkən bunu dəyərləndirməyi lazım bildim.
- Bir müddət zədəli oldunuz. Bərpa prosesindən sonra hazır vəziyyətə gəlsəniz də, Kaxaber Sxadadze sizi az oynadırdı. Əslində, məsələnin məğzi necədir?
- Düzü, məsələyə şərh vermək bir qədər çətindir. Amma bir şeyi açıq-aydın deyə bilərəm ki, mənim nə Kaxaber Sxadadze, nə də “İnter”də işləyən başqa adamlarla problemim olub. Komandaya keçəndən bir qədər bəxtim gətirmədi. Zədədən sonra bərpa prosesi keçmək vaxt apardı. Ümumiyyətlə, bu komandaya tam uyğunlaşa bilmədim, və ya Kaxaberin futbol fəlsəfəsi, parametrləri hələlik mənimlə üst-üstə düşmədi. Dediyim kimi, mənim klubla problemim yoxdur, sadəcə oyun praktikamı genişləndirmək üçün Zaqatalaya getdim.
- Bir müddətdir oyununuzu görmürük. Məşqlərdə özünüzü necə hiss edirsiniz: Əvvəlki əzmkarlıq qalıbmı?
- 32 yaşında olsam da, orqanizmim cavandır, dözümlüdür. Hiss edirəm ki, əvvəlki əzmkarlıq qalıb. Əgər görsəm ki, gücüm tükənib, hər hansı bir başqa komandaya keçmərəm, futboldan gedərəm. Kimisə aldatmaq lazım deyil.
- Ailənizin Sumqayıtda yaşadığınızı nəzərə alsaq, Zaqatalada oynamağın sizə hansısa problem yaradacağını düşünmək olar. Bunu necə yoluna qoymağı düşünürsünüz?
- “İnter”dən öncə “Xəzər Lənkəran”da çıxış edirdim. Bu komanda da bölgədə idi. Odur ki, öyrəşmişik. Ümumiyyətlə, bölgədə oynamağım evdə problem yaratmayıb. Ailə həyatı quranda da “Xəzər”də çıxış edirdim. Düzdür, yeni klubum “Simurq”un rəhbərliyi də söz verib ki, ailəm üçün Zaqatalada yaxşı şərait yaradacaq.
- “İnter” və “Simurq”un “qardaş komandalar” olduğu hər zaman müzakirə mövzusuna çevrilib. Bu, sizi narahat etmir?
- Düzü, nə danışıldığı mənim üçün maraqlı deyil. Qardaş olmaları məni maraqlandırmır. Futbolumu oynamaq üçün gedirəm. Sonuncu oyuna nəzər salsaq, görərik ki, heç də sakit tempdə keçmədi. Hətta “İnter”in bu oyunda çox çətinliklə qalib gəldiyini düşünürəm.
- Hər iki komandanın şəraiti, vəziyyəti ilə tanışsınız. Ümumi götürdükdə ortaya çox ciddi fərqlər çıxır?
- Nəzərə alaq ki, biri çempionluq uğrunda mübarizə aparır, digərinin isə belə bir iddiası yoxdur. “İnter” Azərbaycan kubokunda da mübarizəsini davam etdirsə də, “Simurq” bu imkandan məhrumdur.

0
0