Abdullayevdən şirin vəd
14.01.2012 - 00:41
Abdullayevdən şirin vəd
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev komandasının hazırlıq prosesini dəyərləndirib. Apasport.az saytının xəbərinə görə, futbolçu bildirib ki, çempionatdakı çıxışları hazırlıq dönəmini nə səviyyədə keçirmələrindən asılı olacaq: “Təlim-məşq toplanışı başlayandan, səhərlər fiziki məşqlər edirik. Axşamlar isə əsasən toplu çalışmalara üstünlük verilir. Fiziki cəhətdən yüklənməyimiz normaldı. Belə olduqda futbolçu çempionat oyunlarında özünü daha rahat hiss edir. İnanıram ki, hazırlığı ən yüksək səviyyədə başa vurub, çempionatdakı liderliyimizi sona kimi qoruyacağıq".