Millimizin rəqibi qeyri-adi oyun keçirib, Bakıya gəldi
14.01.2012 - 10:37
Azərbaycan yığmasının V Bakı Beynəlxalq Futzal Turnirində ilk rəqibi olan Özbəkistan millisi qeyri-adi oyun keçirib. Apasport.az saytının məlumatına görə, yığmamızın turnirdə ilk rəqibi olan özbəklər öz ölkəsinin futbol millisi ilə yoldaşlıq görüşü keçirib. Bu, turnirə hazırlıq məqsədilə olub və futzalçılar futbolçularla qüvvəsini sınamağı daha məqsədəuyğun sayıb. Matç zalda keçirilib və rəqibimiz 2011-ci Asiya çempionatında ilk dördlükdə yer alan Özbəkistan futbol yığmasına 8:4 hesabı ilə qalib gələ bilib.
Qeyd edək ki, Özbəkistan futzal yığmasının braziliyalı çalışdırıcı Joze Mendes ölkəmizə 15 oyunçu gətirib. Onlarla oyunumuz saat 19:30-da başlayacaq. Bu gün 17:15-də Ukrayna – Türkiyə matçı ilə start götürəcək Bakı turnirinə yanvarın 16-da yekun vurulacaq.

0
0