Vaqif Cavadovdan ayrıldı, Meksika klubuna keçdi
14.01.2012 - 10:51
Azərbaycanlı futbolçu Vaqif Cavadovun oynadığı Rusiyanın “Volqa” klubunun heyətində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Mark Krosas komanda ilə yollarını ayıraraq, Okeanın o tayına yollanıb. İspaniyanın “Barselona” klubunun 24 yaşlı yetirməsi Meksikanın “Santos Laquna” klubu ilə rəsmi müqavilə imzalayıb. Krosas da Cavadov kimi ötən il “Volqa”ya keçərək, qol vura bilmədi. “Seltik”dən gələn futbolçu 28 oyun keçirmişdi.
Qeyd edək ki, Mark kimi “Volqa”dan ayrılan Vaqif bir müddət əvəzedici komanda ilə hazırlaşıb, gələcək taleyini müəyyənləşdirəcək.
Qeyd edək ki, Mark kimi “Volqa”dan ayrılan Vaqif bir müddət əvəzedici komanda ilə hazırlaşıb, gələcək taleyini müəyyənləşdirəcək.
0
0