“Beşiktaş”ın kapitanı 44 min avroluq qarət olundu
14.01.2012 - 12:08
“Beşiktaş”ın azarkeşləri Türkiyəyə qayıtmağını gözlədikləri kapitan Rikardo Kuaresma haqda şok xəbər alıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu vətənində qarət olunub. Yığmada komanda yoldaşı olan “Valensiya”nın müdafiəçisi Migellə birlikdə maşında gedən Kuarejmanın qabağını 3 maskalı şəxs kəsib. Onlar futbolçunun üstündə olan 25 min avro pulu, qulağındakı sırğasını və digər dəyərli əşyaları alından alıblar. Rikardo ümumilikdə 44 min avro ziyana düşüb.
0
0