Premyer Liqamızın 10-cu bombardiri Rumıniya klubunda baxışda
14.01.2012 - 13:01
Azərbaycan Premyer Liqasında çıxışı ilə tanınan moldovalı futbolçu Anatoli Doroş yenidən özünə klub axtarır. Apasport.az saytının məlumatına görə, karyerasında tez-tez komanda dəyişən 28 yaşlı hücumçu bu dəfə Rumıniyaya yollanıb. Doroş Moldovanın qonşuluğundakı ölkəyə gedərək, yüksək liqa təmsilçisi “Tarqu-Mureş”də baxışdadır. Bu komanda ilk dövrədən sonra 15-ci yerdə gedir.
Millisinin da üzvü olan Anatoli ötən il Qazaxıstan Premyer Liqasında çıxış etdi. Ancaq oradakı son komandası olan “Astana”nın əsas heyətində möhkəmlənə bilməyən legioner yeni baş məşqçi Oleq Protasova lazım olmadı. Yığmada 16 oyunda 2 qol vuran Doroş karyerasını ilk dəfə Rumıniyada davam etdirə bilər.
Qeyd edək ki, ölkəmizdəki karyerası 2006-09-cu illərdə olan moldovalı “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan”da oynayıb. Doroş milli çempionatımızda vurduğu 30 qolla əcnəbi bombardirlərin siyahısında ilk onluğu qapayır.

0
0