Qurban Qurbanov “Nou Kamp”da - FOTO
14.01.2012 - 13:31
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Barselona”nın düşərgəsində yer alıb. Apasport.az saytının məlumatına görə, yanvarın 10-da İspaniyaya yollanan 40 yaşlı çalışdırıcı “Barsa”da təcrübə keçir. Əsas komandanın hazırlığında, ev oyunlarını keçirdiyi məşhur “Nou Kamp” stadionunda olan Qurbanov əvəzedici və 19 yaşlılardan ibarət heyətlərin hazırlığını da izləyəcək. “Barsa”nın ölkə kubokunda “Osasuna”ya 2:1 hesabı ilə qalib gəldiyi səfər matçını izləyən baş məşqçi sabah “Betis”lə “Nou Kamp”dakı çempionatın matçına baxacaq. Qurbanov yanvarın 17-də Barselonadan komandasının təlim-məşq toplanışı keçəcəyi Antalyaya yollanacaq.
Qeyd edək ki, “Qarabağ” sabah Türkiyəyə 3 həftəlik hazırlığa gedəcək.
Qeyd edək ki, “Qarabağ” sabah Türkiyəyə 3 həftəlik hazırlığa gedəcək.
0
0