“Biz baxışa yox, birbaşa müqaviləyə futbolçu dəvət etmək istəyirik”
14.01.2012 - 14:21
“Fransalı futbolçu Yannik Kamanandan sonra transfer etməyimiz mümkündür. Hazırda bu yöndə çalışaraq, variantları nəzərdən keçiririk”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib. Türkiyə Superliqa təmsilçisi “Mersin İdman Yurdu”ndan fransalı hücumçu Yannik Kamananı transfer edən qəbələlilər yanvarın 9-dan doğma məkanda hazırlığını davam etdirir. Yanvarın 19-da Antalyaya 15 günlük təlim-məşq toplanışı yollanacaq Fatih Kavlakın baş məşqçisi olduğu komanda orada 5 yoxlama oyunu keçirəcək.
Əzizovun sözlərinə görə, qardaş ölkəyə hazırlığa yollanana kimi heyətlə bağlı məsələlərə tam aydınlıq gətirəcəklər. O, komandaya daha bir legioner və yerli futbolçu cəlb etməyin mümkünlüyünü bildirdi: “Bu məsələ ilə bağlı baş məşqçimizlə danışırıq. Onun istədiyi mövqeyə futbolçu axtarırıq. Hər halda, Fatih Kavlak ehtiyat oyunçular skamyasını bir daha nəzərdən keçirib, qərarını verəcək. Lazım olarsa, yenə futbolçu transfer edə bilərik. Bu məsələyə Antalyaya yollanana qədər aydınlıq gətirəcəyik. Həmin vaxta kimi düşərgəmizdə yeni futbolçu olmazsa, yəqin ki, hazırkı fasilə üçün transfer işimizi bitirəcəyik. Bu halda Antalyada heyətimizdə yeni futbolçunun yer almağı gözlənilmir. Biz baxışa futbolçu dəvət etmək istəmirik. Futbolçu ilə bağlı qərar verib, birbaşa müqavilə bağlamağa gəlməyində maraqlıyıq”.

0
0