“Yuran Rəşadı və 3 yeni legioneri sınadıqdan sonra qərarını verəcək”
14.01.2012 - 14:59
Bu gün “Simurq” Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Klubun icraçı-direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında 23 futbolçunun səfərə çıxdığını bildirib. O, komandanın yeni məşqçiləri – İqor Getmanla Emil Balayevin rəhbərliyi altında Antalyaya yollandığını söyləyib. Rusiyalı baş məşqçi Sergey Yuranın Moskvadan birbaşa Antalyaya gəlməyi nəzərdə tutulub ki, həmyerliləri olan köməkçiləri də orada komandanın sıralarına qoşulacaq.
Əliyev yeni futbolçuların hamısını yanvarın 31-ə kimi davam edəcək hazırlıq prosesinə apardıqlarını bildirib: “İcarəyə götürdüyümüz futbolçular – “İnter”dən gələn Dmitri Kramarenko ilə Ruslan Poladov, “Bakı”dan Emin Cəfərquliyev, “Neftçi”dən Nicat Qurbanov Antalyaya getdi. Bundan əlavə, əvəzedici komandamızın müdafiəçisi Elçin Süleymanovla “Turan”dan cəlb etdiyimiz yarımmüdafiəçi Rəşad Orucova əsas komandamızda yer verdik. Tovuz klubunun əsas komandasında da çıxış edən 23 yaşlı Rəşad Antalyada baxışda olacaq. Onu biz cəlb edərək, baş məşqçinin sərəncamına göndərmişik. Yuranla Rəşadla bağlı qərar verəcək. Elçin isə öz futbolçumuzdur və bu, onun üçün əsas komandaya düşməyə bir şansdır”.
Yanvarın 20-də Antalyaya yollanacaq icraçı-direktor yeni legionerlərin də gəlişinin nəzərdə tutulduğunu bildirib: “Bunlar 3 nəfər – Türkiyədən, Ukraynadan və Afrikadan olacaq. Bizə oyun qurucusu və hücumçu lazımdır. Həmin legionerlər baxışdan keçdikdən sonra qərar verəcəyik. Komandamız Antalyada ilk məşqinə sabah səhər çıxacaq. Yanvarın 23-də keçirəcəyimiz ilk yoxlama matçında rəqibimiz olan Qazaxıstanın “Kaysar” klubu ilə oyunun saat 15:00-da başlayacağı dəqiqləşib. Qalan 2 rəqibimiz hələ müəyyənləşməyib”.
Mehman SÜLEYMANOV

0
0