“Xəzər Lənkəran”ın göz qoyduğu futbolçu üçün millimizin tarixinə düşən baş məşqçi
14.01.2012 - 15:21
Londonun “Çelsi” klubunun sabiq baş məşqçisi Avraam Qrant Serbiyada işləyəcək. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Belqradın “Partizan” klubunun yeni baş məşqçisi təyin olunub. Qrant ötən mövsüm komandaya ölkə kubokunu qazandıran, sonradan müqavilə şərtlərinə əməl etmədiyinə görə rəhbərliyin istefaya göndərdiyi yerli çalışdırıcı Aleksandr Stanoyeviçi əvəzləyib.
Serbiyanın ən köklü klublarından biri yeni təyinatı rəsmən bəyan etsə də, Qrantla müqavilənin müddətini açıqlamayıb. “Çelsi”yə bütün uğurlarını qazandıran məşhur Mourinyonun gedişindən sonra onu əvəzləyən israilli çalışdırıcı komandanı Çempionlar Liqasına çıxarsa da, Moskvadakı finalda “Mançester Yunayted”ə oyun sonrası penaltilərlə uduzdu. İngiltərədə “Portsmut” və “Vest Hem” klublarına da rəhbərlik edən Qrant millimizin DÇ-2014-nün seçmə mərhələsində ilk rəqibi olan İsrail yığmasını da çalışdırıb. Milli komandası 2004-cü ilin fevralında onun rəhbərliyi altında evdə yığmamızı yoldaşlıq görüşündə 6:0 hesabı ilə yenməklə, ən böyük hesablı məğlubiyyətlərimizdən biri kimi tarixə düşdü.
Qeyd edək ki, “Partizan”ın əsas qapıçısı Serbiya yığmasının da “1 nömrə”si olan Vladimir Stoykoviç qış fasiləsində “Xəzər Lənkəran”ın maraq dairəsinə düşüb.

0
0