Premyer Liqada işləyən baş məşqçi evdən çölə çıxmağa qorxur
14.01.2012 - 15:45
İngiltərənin “Blekbern” klubunun baş məşqçisi Stiv Kinlə bağlı maraqlı məqam ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin çalışdırıcısı evdən çölə çıxmağa qorxduğunu etiraf edib. Kin bunu klubun məyus olan azarkeşləri ilə qarşılaşmaq istəməməyi ilə izah edib.
Azarkeşlər hazırda turnir cədvəlinin sonunda gedən, maliyyə çətinliyi olan və bu üzdən aparıcı futbolçularını satmağı düşünən “Blekbern”in baş məşqçisinin istefasını tələb edir: “Bu, həqiqətən xoşagəlməzdir. Mən Blekberndə yaşayıram, ancaq şəhər çıxmıram. Çünki bunu edə bilmirəm. Bəlkə bu gün qaça bildim. Mən demirəm ki, qorxuram. Sadəcə, insanlar qəzəbini istənilən şəxsin üzərinə tökə bilər. Ümid edirəm ki, vəziyyət düzələcək”.

0
0