“Bakı”nın rəqibinin oyununu saxtakar hakim idarə edib
14.01.2012 - 16:07
Almaniyanın “Verder” və Hollandiyanın “AZ Alkmaar” klubları arasında Türkiyədə keçirilən yoldaşlıq görüşündə kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Antalyada keçirilən matçın bolqar baş hakimi Luçezar Yonovun saxtakarlıq etdiyi aşkarlanıb. Belə ki, onun oyunu həmyerlisi olan hakim Rayço Rayçevin adı ilə idarə etdiyi məlum olub.
Yonov və ona kömək edən yan xətt hakimləri Petar Tarulovla Emil Mitev Bolqarıstan Futbol İttifaqı (BFİ) tərəfindən hələ ötən il beynəlxalq oyunlardan kənarlaşdırılıb. Bu da qurumu xəbərdar etmədən, özbaşına Cənubu Amerikaya beynəlxalq oyunları idarə etməyə yollanmaları ilə bağlı olub.
BFİ-nin Hakimlər Komitəsinin sədri Kostadin Kostadinov hakimlərin Antalyadakı insideni ilə bağlı UEFA-ya informasiya verəcəklərini bildirib: “Bu hadisə bizi əmin edir ki, 1 il öncə onlar haqda qəbul etdiyimiz qərar düzgün olub. Mən həmin oyun haqda bəzi məlumatları oxudum. Baş hakim 2-ci hissəyə 10 dəqiqə əlavə edib və 9-cu dəqiqədə mübahisəli penalti və sərbəst zərbə təyin edib”.
Qeyd edək ki, Hollandiya çempionatının lideri olan “AZ Alkmaar” “Bakı”nın Antalyadakı təlim-məşq toplanışında ilk rəqibidir və həmin yoxlama oyunu bu gün Bakı vaxtilə saat 18:00-da başlayacaq.

0
0