Milli komandamızın oyunlarının vaxtı dəyişdirildi
14.01.2012 - 17:39
Milli komandamızın oyunlarının vaxtı dəyişdirildi
V Bakı Beynəlxalq Futzal Turnirində 2 oyunun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın Özbəkistanla bugünkü, Ukrayna ilə sabahkı oyunu 15 dəqiqə tez başlayacaq. Bu da teleyayımla əlaqədar edilib. Nəticədə hər 2 oyun əvvəlcədən xəbər verildiyi kimi, saat 19:30-da deyil, 19:15-də başlayacaq.

Qeyd edək ki, yığmamızın turnirin son günü olan yanvarın 16-da Türkiyə ilə matçı 15:00-da başlayacaq.

Mənbə: affa.az