Azərbaycan milli komandasından çətin qələbə
15.01.2012 - 09:42
Azərbaycan milli komandasından çətin qələbə
V Bakı Beynəlxalq Futzal Turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, turnirin ilk oyun günündə 2 qarılaşma baş tutub. Yarışın hər 2 favoriti - Ukrayna və Azərbaycan milli komandaları meydanı qələbə ilə tərk edib.

Turnirin açılış matçında Ukrayna futzalçıları Türkiyəni 5:1 hesabı ilə üstələyiblər. Yığmamız isə Özbəkistanı çətinliklə də olsa 3:2 hesabı ilə məyus edib. Komandamızın heyətində Vitali Borisov dubl edib. 1 qolun müəllifi isə Alveş de Souza olub.