Türkiyə yığması Bakıya təcrübə toplamağa gəlib
15.01.2012 - 09:55
Türkiyə yığması Bakıya təcrübə toplamağa gəlib
“Futzal Türkiyədə yeni təşəkkül tapır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Ömer Kaner deyib.

O, V Bakı Beynəlxalq Futzal Turnirinin Ukrayna ilə oyunundan (1:5) sonra matç haqda fikirlərini açıqlayıb: “Ukrayna millisi kimi güclü rəqiblərlə oyun təcrübə toplamaq baxımından bizim xeyrimizədir. Təəssüf ki, qol vurmalı olduğumuz bir neçə epizodda şansımızdan yararlana bilmədik”.