“Azərbaycan Avropanın ən güclü və perspektivli komandalarından biridir”
15.01.2012 - 10:20
“Azərbaycan Avropanın ən güclü və perspektivli komandalarından biridir”
“Bərabər səviyyəli oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Özbəkistan millisinin baş məşqçisi Joze Maria Pazos Mendez deyib.

O, V Bakı Beynəlxalq Futzal Turnirinin Azərbaycanla oyunundan (2:3) sonra matç haqda fikirlərini açıqlayıb: “Hücumda zəif oynamağımıza baxmayaraq, qol epizodları yarada bildik. Rəqibimiz Avropanın ən güclü və perspektivli komandalarından biridir”.