Rikardo Qomeş ”Xəzər Lənkəran”a düşərgəsinə qayıtdı
15.01.2012 - 14:43
“Xəzər Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Rikardo Qomeş bugün Bakıya gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötən ilin oktyabrında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı klubun düşərgəsini tərk etmiş futbolçu müəyyən problemlərin olduğunu əsas gətirərək uzun müddət Azərbaycandan kənarda oldu. Nəhayət, bütün məqamlara aydınlıq gəldi və hazırda Qomeş məxsus olduğu “Xəzər Lənkəran”dadır.
Qeyd edək ki, bu müddət ərzində FİFA-nın Mübahisələrin Həlli Palatasında Rikardo Qomeş və “Xəzər Lənkəran” FK arasında məsələyə baxılmışdır. Klub bütün iddiaları cavablandırdıqdan sonra ötən ilin dekabr ayında səlahiyyətli qurum tərəfindən “Xəzər Lənkəran”ın xeyrinə olan qərar çıxarılmışdır.

0
0