Aleksandr Starkovun 1 ili: 12 ayda 12 qələbə
15.01.2012 - 16:45
Aleksandr Starkovun 1 ili: 12 ayda 12 qələbə
Bu gün “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkovun komandadakı fəaliyyətinin 1 ili tamam olur. Aapsport.az saytının məlumatına görə, 2011-ci il yanvarın 15-də baş məşqçi təyin olunan latviyalı Premyer Liqada indiki klubu ilə ən azı 1 il çalışan 3-cü məşqçi oldu. “Qarabağ”ın Qurban Qurbanov, “İnter”in Kaxaber Sxadadze ilə əməkdaşlığı daha uzun müddəti əhatə edir.

Starkov “Bakı”dakı 1 ildə 36 rəsmi matçda iş başında olub. Paytaxt təmsilçisi bu matçların yalnız 1/3-də - 12 dəfə qalib gəlib. 12 aya 2 qələbəsi olan “Bakı” 13 heç-heçə edib və 11 dəfə məğlubiyyətə üzülüb. Starkovun yetirmələri 33 qol vurub 30-nu buraxıb.

Çempionatdakı 31 qarşılaşmada bakılılar 10 qələbə qazanıb, 11 heç-heçə edib, 10 dəfə uduzub. Top fərqi isə 30-28-dir. Ölkə kubokundakı 5 görüşdə isə 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Burada top fərqi 3-2-dir.