Təbriz Həsənov postundan ayrıldı
15.01.2012 - 15:15
“Sumqayıt” klubunun baş məşqçisi Bernhard Raabın köməkçisi Təbriz Həsənov bu postu tərk edib. Apasport.az saytının məlumatına görə, həm də 17 yaşadək futbolçulardan ibarət milli komandamızın çalışdırıcısı olan mütəxəssis klubdan ayrılmağa qərar verib. O, bu addımı bütün vaxtını yığmaya sərf etmək istəyi ilə əlaqələndirib. “Sumqayıt” rəhbərliyi milli komandanın mənafeyini nəzərə alaraq Həsənova gələcək işlərində uğurlar arzulayıb və onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
0
0