Amit Quluzadə: Qarlı meydanda məğlubiyyət
15.01.2012 - 17:25
Türkiyə çempionatının aşağı dəstəsində qış fasiləsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi “Ərciyəsspor” Bank Asiya I Liqada növbəti oyununu keçirib. Kayseri təmsilçisi öz meydanında “Tavşanlı Linyitspor”la görüşüb.
TRT6 kanalı ilə canlı yayımlanan və qarlı-buzlu meydanda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib. İlk hissədə məğlub duruma düşən kayserililər fasilədən sonra hesabı bərabərləşdirib. Lakin son dəqiqələrdə qol sevinci yaşayan qonaqlar 17-ci turu 3 xalla başa vurub. 20 yaşlı yarımmüdafiəçimiz bu görüşü ehtiyat oyunçular skamyasında başlayıb və məğlubiyyəti oradan izləyib.

0
0