Daha 2 malili ”Xəzər Lənkəran”da
15.01.2012 - 20:14
Daha 2 malili ”Xəzər Lənkəran”da
“Xəzər Lənkəran” klubu iki futbolçunun transferini rəsmiləşdirdi. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlardan biri 23 yaşlı yarımmüdafiəçi Salif Ballodur. Malili futbolçunun son iş yeri ölkəsinin “Real Bamako” klubu olub.

Klubumun sıralarına qatdığı digər oyunçu isə 21 yaşlı forvard Siriman Maqassouba oldu. Bu futbolçu da Malidəndir və komandamıza həmyerlisi kimi “Real Bamako” klubundan keçib. Hər iki oyunçu ötən il Mali milli komandasının heyətinə çağırılıb.

Futbolçularla klub arasında 2,5 il müddətinə müqavilələr imzalanıb.

Qeyd edək ki, bunadək lənkəranlılar 1-i malili olmaqla 2 futbolçu transfer etmişdi.