“İlk dəfədir ki, rəhbərlik etdiyim komandanın oyunu qolsuz başa çatdı”
15.01.2012 - 20:24
“Sürətli oynamağa çalışırdıq. Birinci hissədə çox top itkisinə yol verdik”. Apsport.az saytının məlumatına görə, bu sözləri Özbəkistan millisinin baş məşqçisi Joze Maria Pazos Mendez deyib.
O, V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Türkiyə – Özbəkistan oyunundan (0:0) sonra qarşılaşma haqda fikirlərini açıqlayıb: “Fasilədən sonra oyuna nəzarəti ələ keçirdik. 4-5 qol imkanımız oldu. Oyunçularımız eqoistlik etməsəydi, qələbə qazana bilərdik. İlk dəfədir ki, rəhbərlik etdiyim komandanın oyunu qolsuz başa çatdı”.

0
0