“Əvvəlki səhvlərimizi təkrarlamadıq”
15.01.2012 - 20:28
“Asiyanın ən güclü komandasına qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Ömer Kaner deyib.
O, V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Türkiyə – Özbəkistan oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “İlk oyunla müqayisədə, bu gün daha yaxşı təsir bağışladıq. Əvvəlki səhvlərimizi təkrarlamadıq. Xeyli qol vəziyyəti yaratsaq da, yararlana bilmədik. Qol vurulmasa da, azarkeşlər maraqlı və həyəcanlı oyun izlədilər”.

0
0