Araz Abdullayev Yunanıstan Superliqasında ilkə imza atdı
15.01.2012 - 21:09
Yunanıstan Superliqsında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios” öz meydanında “Panaitolikos”u qəbul edib.
Bunadək 2 çempionat matçında sonradan meydana çıxan, kubok oyununda start heyətdə yer alan 20 yaşlı yarımmüdafiəçimiz yenə ilk dəqiqələrdən “11-lik”də olub. Superliqada ilk dəfə bu halla üzləşən Araz özü üçün ilkə imza atıb.
Onun komandası fasilədən sonra hesabı açıb. Abdullayev isə bundan sonra – 66-cı dəqiqədə Fanouris Goundoulakis ilə əvəzlənib. Arazımn meydanda olduğu vaxt vurulan qol qarşılaşmada yeganə olub – 1:0.

0
0