“Bakı” belə uduzmamışdı
15.01.2012 - 21:12
“Bakı” belə uduzmamışdı
Mövsümün 2-ci hissəsinə Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı ilə hazırlaşan “Bakı” 2012-ci ilə uğursuz başlayıb. Apasport.az saytının məlumatına görə, Hollandiyanın “Alkmaar” klubuna 1:5 hesabı ilə uduzan təmsilçimiz antirekorda imza atıb.

Belə ki, 2004-cü ildən başlayaraq yay və qış fasilələrində ölkə xaricinə yollanan “Bakı” komandasını bu günə salan olmamışdı. Bəzi fasilə dövrləri istisna olmaqla adətən Türkiyə və Sloveniyada hazırlıq keçirən bakılılar beynəlxalq yoldaşlıq oyunlarında darmadağın görməmişdi. 8 il ərzindəki xarici toplanışlarda heç vaxt böyükhesablı məğlubiyyət almayan paytaxt təmsilçisi hollandiyalılar qarşısında “5” aldı.

Qeyd edək ki, Aleksandr Starkovun yetirmələri son yarım ildə 2 rəsmi matçda da böyük hesabla uduzub. “Kəpəz”ə evdə, “Xəzər Lənkəran”a səfərdə 0:3 hesabı ilə yenilən bakılılar beynəlxalq yoxlama matçında daha acınacaqlı durumla üzləşdi