“Revanş aldığımız üçün sevinirik”
15.01.2012 - 22:04
“Əvvəlki oyunlarda Azərbaycan millisinə uduzmuşduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin baş məşqçisi Qennadi Lisençuk deyib.
O, V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Azərbaycan – Ukrayna oyunundan (2:3) sonra matçla bağlı fikirlərini açıqlayıb: “Revanş aldığımız üçün sevinirik. Fasilədən sonra rəqib təzyiqi artırdı, penaltidən sonra isə daha da həvəsləndi. Bununla belə, oyunun sonuna qədər qələbə hesabını qoruya bildik. Düşünürəm ki, turnirin qalibi biz olacağıq”.

0
0