Daha 2 legioner “Xəzər Lənkəran”dan qovuldu
16.01.2012 - 07:34
Daha 2 legioner “Xəzər Lənkəran”dan qovuldu
“Xəzər Lənkəran” klubu daha 2 futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bunlar ispaniyalı Mario Rosas və sloveniyalı Dejan Rusiçdir. Onların hər ikisi komandanı tərk ediblər. Belə ki, legionerlər qış hazırlığı üçün təlim-məşq toplanışı keçməyə Türkiyəyə yollanan heyətdə yer almayıblar.

Qeyd edək ki, bunadək Emeka Opara da klubdan kənarlaşdırılmışdı.