“Qalatasaray” Avropa çempionatının mükafatçısını alır
24.01.2012 - 17:22
”Qalatasaray” daha bir transferini reallaşdırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Fatih Terim Türkiyə yığmasında rəhbərliyi altında oynadığı hücumçu Mevlut Ərdinci yenidən sərəncamında görmək istəyir. Bununla bağlı göstəriş alan klub rəhbərliyi Fransanın PSJ klubunda oynayan 24 yaşlı futbolçunun icarəyə götürmək üçün hərəkətə keçib. Ancaq bu, Mevlutun sonradan birdəfəlik transfer olunmaq şərti ilə gerçəkləşəcək. Futbolçunun meneceri ilə əlaqə quran “Qalatasaray”ın rəhbərliyi bunu icarə müqaviləsinə daxil edib. Orada Ərdincin satış qiyməti müəyyənləşməklə yanaşı, onun səviyyəsindən məmnun qalmamağı halında mövsümün sonunda təzminat alınmağı da nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə yığmasının 2010-cu ilin oktyabrında millimizə Bakıda uduzduğu rəsmi oyunun (0:1) iştirakçısı olan Mevlut Terimin rəhbərliyi altında son Avropa çempionatının bürünc medalını qazanıb.

0
0