Fatih Kavlak: Əgər güclü bir komanda olmaq istəyiriksə...
25.01.2012 - 10:04
“İkinci hazırlıq matçına çıxacağıq. İlk hazırlıq matçından sonra oyunda buraxdığımız səhvlər barədə futbolçularla danışmaq, müzakirə etmək imkanımız oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak deyib.
Türkiyəli mütəxəssis Ukraynanın “Krivbass” komandası ilə yoxlama oyunu ərəfəsində klubun rəsmi saytına açıqlama verib: “Bu matçda da hazırlıq dönəmində nə etdiyimizi, arxada qoyduğumuz dövrü necə dəyərləndirdiyimizi görəcəyik. İnanıram k9, yaxşı oyun olacaq. Çünki komandada həm psixoloji, həm də fiziki durum yüksək səviyyədədir. Qarşıda daha üç oyunumuz var. Bu dövrü maksimum dəyərləndirib çempionatdakı vacib matçalara ən yaxşı şəkildə hazırlaşmağı hədəfləyirik”.
Kavlak sərəncamında olan heyətlə bağlı da danışıb: “Hazırda “Qəbələ”nin düşərgəsində 27 futbolçu var. Əgər güclü bir komanda olmaq istəyiriksə, bütün oyunçular eyni hazırlıq səviyyəsində olmalıdırlar. İlk oyunda da iki eyni gücə malik komanda yaratmağa çalışdıq. “Krivbass”la matçda da eyni təcrübədən yararlanacağıq. Bu minvalla da futbolçuların nümayiş etdirdikləri oyuna əsasən ilk 11-liyimiz formalaşacaq. İstədiyim odur ki, bu yolla hər bir futbolçu ilk 11-də mübarizə aparacaq səviyyəyə çatsın”.

0
0