Alves “Xəzər Lənkəran”da
04.02.2012 - 00:10
Alves “Xəzər Lənkəran”da
Antalyada təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran” bu gecə Vətənə qayıdacaq. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi hazırlığın son günündə heyətinə daha bir futbolçu qatmağa yaxındır.

Belə ki, “ağ-yaşıllar”ın düşərgəsinə xorvatiyalı yarımmüdafiəçi - Roberto Alves də qoşulub. Kipr çempionatından gəlmiş futbolçunun transferinin baş tutub-tutmayacağı aparılan danışıqlardan sonra bəlli olacaq.