AFFA möhtəşəm tədbirə hazırlaşır: Blatter və Platini də gələcək
07.02.2012 - 11:34
AFFA əlamətdar hadisəyə hazırlaşır. Belə ki, 1992-ci il martın 26-da yaranan qurum 20 illik yubileyini qeyd edəcək.
Apasport.az saytının məlumatına görə, hazırkı rəhbərliyin dövrünə təsadüf edən ilk yubileyin təntənəli şəkildə qeyd olunması və tədbirə ölkə xaricindən də qonaqların dəvət edilməsi nəzərdə tutulub.
Bir müddət əvvəl Rusiya Futbol İttifaqının 100 illik yubileyində qonaq qismində iştirak edən AFFA rəhbərliyinin onları cavab səfərinə dəvət edəcəyi gözlənilir. Bundan başqa, bir sıra ölkələrdən olan qurum rəhbərlərinin də yubiley tədbirində iştirakı mümkündür.
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsi ilə əlaqədar ölkəmizə səfərlərini daha da intensivləşdirən FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platininin də yubileydə iştirakı istisna olunmur.

0
0