Azərbaycandan MLS-ə?
07.02.2012 - 12:26
ABŞ-ın “DS Yunayted” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Vaşinqton təmsilçisi 30 yaşlı braziliyalı yarımmüdafiəçi Marselo Saraqosa ilə anlaşıb.
Lakin ən maraqlısı odur ki, transferlə bağlı xarici mətbuatda dərc olunan bütün xəbərlərdə Azərbaycanın adı hallanır. Belə ki, əvvəllər ABŞ-ın digər klubları “Dallas”, “Çivas” və “Los Anceles Qalaksi”də oynamış futbolçunun 2 illik fasilədən sonra MLS-ə qayıtdığı iddia olunur. Əcnəbi həmkarlarımızın hamısı Saraqosanın son 2 ili Azərbaycanda keçirdiyini bildirir.
Guya ki, yarımmüdafiəçi bu müddətdə əvvəl “Abşeron”, sonra “Rəvan”ın formasını geyib. Lakin bu ad-soyadda futbolçu Azərbaycanda çıxış etməyib. Onun ən yaxşı halda, klublarımıza baxışa gəlməsi mümkündür. Lakin 2 il Azərbaycanda oynadığı iddia edilən legionerin adı iştirak ərizələrinə belə daxil edilməyib.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0