Mourinyonun xəmirdən heykəli hazırlandı – FOTO
10.02.2012 - 17:22
Mourinyonun xəmirdən heykəli hazırlandı – FOTO
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyonun heykəli düzəldilib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin ötən mövsüm İspaniya Superkubokunda “Barselona” ilə səfər oyununda rəqib məşqçi Tito Vilanovanın gözünü çıxarmaq səhnəsi abidədə canlandırılıb.

O, İspaniyanın Valensiya şəhərində hər il keçirilən Las Fallas festivalında nümayiş olunacaq yüzlərlə heykəllərin biri üçün ilham qaynağı olub. Martın 19-da təşkil olunacaq tədbirdə Mourinyonun kağız xəmirindən hazırlanan heykəli göstəriləcək ki, orada çılğın mütəxəssis barmağını “Barselona”nın baş məşqçisi Xosep Qvardiolanın köməkçisinin gözünə soxur. Heykəltəraş bu hərəkəti canlandırmağı qərara alıb.

Qeyd edək ki, ötən festivalda Mourinyonun Qvardiolaya təpik atmağı canlandırılmışdı. Bundan əvvəl isə özünə əlindəki güzgüdə baxmaqdan doymayan dünyanın ən bahalı futbolçusu, portuqaliyalının “Real”da rəhbərliyi altında oynayan həmyerlisi Kriştianu Ronaldonun heykəli yaradılmışdı.