Neymar Azərbaycan - Rumıniya oyununu yada saldı
11.02.2012 - 17:10
Neymar Azərbaycan - Rumıniya oyununu yada saldı
Braziliyalı ulduz Neymarın karyerasında 100-cü qolu vurmasına bir çox ölkələrdə bganə qala bilməyiblər. Apasport.az saytının məlumatına görə, “Santos” klubunun gənc istedadının qol sayını 3 rəqəmli ədədə çatdırmasına Rumıniya mətbuatı özünəməxsus şəkildə yanaşıb. Onlar braziliyalı vunderkindin bu uğurunu Rumıniya yığmasının sabiq futbolçusu Florentin Petrenin Bakıda vurduğu qola oxşadıblar. Həmkarlarımızın fikrində 1999-cu il martın 31-də keçirilən qarşılaşmada vurduğu qolla komandasına 1:0 hesablı qəlbə qazandıran Petre həmin qolla Neymar kimi gənc yaşında 100 qol həddinə çatıbmış.