Tarixdə ilk dəfə
13.02.2012 - 09:52
Qabon və Ekvatorial Qvineyada keçirilən sayca 28-ci Afrika Millətlər Kubokunda yeni çempion qeydə alınıb. Apasport.az saytının məlumatına görə, yarışın qalibi olan Zambiya milli komandası 1957-ci ildən təşkil olunan qitə çempionatları tarixində ilk dəfə qalib adını qazanıb. İndiyədək turnirdə 2 gümüş (1974, 1994) və 3 bürünc (1982, 1990, 1996) heç vaxt çempion tituluna sahib olmamışdı. 16 ildən sonra mükafat qazanan, 18 ildən sonra finala çıxan Zambiya millisi bu dəfə istəyini gerçəkləşdirə bildi. Bununla da Afrika çempionu olan yığmaların sayı 14-ə çatdı. Zambiyaya qədər 13 komanda bunu bacarmışdı: Misir – 7, Qana, Kamerun – 4, Nigeriya, Konqo DR – 2, Fil Dişi Sahili, Tunis, Sudan, Əlcəzair, Efiopiya, Mərakeş, CAR, Konqo.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0