Vaqif Sadıqov “Anji”yə qayıdır
13.02.2012 - 15:45
“Anji”də baş verən dəyişiklərlə əlaqədar rəhbərliklə əlaqəm olmayıb və məsələnin necə həll ediləcəyi sonraya qalıb”. Bunu apasport.az saytına açıqlamasında Rusiyanın “Anji” klubunun sabiq məşqçisi Vaqif Sadıqov deyib.
Ötən ili Mahaçqala təmsilçisində keçirən mütəxəssis baş məşqçi postuna Yuri Krasnojanın gəlişindən sonra komandadan kənarlaşdırıldı. Öz köməkçilərilə işləməyi üstün tutan rusiyalı çalışdırıcının mövsümün bərpasına az qalmış istefa verməsi isə hamı üçün sürpriz oldu: “Anji”də tez bir zamanda bu dəyişikliyi heç kim gözləmirdi. Artıq martın 3-4-də Rusiyada çempionat başlayacaq. Krasnojanın isə işə başladıqdan 1 ay sonra, Premyer Liqada mübarizəyə 20 gün qalmış vəzifəsindən getməyə qərar verib. “Anji”nin qalan vaxtda baş məşqçi məsələsini necə həll edəcəyini zaman göstərəcək”.
Rusiya mətbuatında belə fikir səsləndirilir ki, Krasnojan dünya şöhrətli Roberto Karlosun klubda menecerlik etməsini istəmirmiş. Belə ki, rusiyalı mütəxəssis yeni transferlərə çox ehtiyatla yanaşırmış, Karlos isə komandanın sahibi Süleyman Kərimovla birbaşa əlaqəsi olduğundan, böyük transfer büdcəsi ayrılmasına çalışır.
Sadıqovun sözlərinə görə, “Anji”də məşqçilərin işinə heç vaxt müdaxilə olmayıb: “Klubda məşqçilər sərbəst şəkildə fəaliyyətini göstərib. Roberto Karlos çox peşəkar futbolçu, öz işini yaxşı bilən insandır. Orda baş verənləri internetdən oxumuşam. Klubdakılarla əlaqəm olur və baş verənlərin səbəbləri haqda məlumat alıram. Krasnojanın gedişinin Karlosla bağlılığı yoxdur”.
Maraqlıdır, Krasnojanın gedişindən sonra Sadıqovun “Anji”yə qayıtmaq məsələsi mümkün ola bilərmi? Hər halda, rəhbərlik klubda böyük məşqçi kimi çalışan 53 yaşlı həmyerlimizi Hacı Hacıyevin baş məşqçi postundan istefasından sonra kənarlaşdırmadı. Əksinə, Hacıyev cəzalı olanda, məhz Sadıqov 3 matçda Mahaçqala təmsilçisini meydana çıxardı.
Baş məşqçi postu tapşırılan Andrey Qordeyevin vaxtında isə Sadıqov köməkçi kimi fəaliyyətini davam etdirdi. Üstəlik, onun “Anji” ilə yaya, yəni cari mövsümün sonuna kimi müqaviləsi var.
Əldə etdiyimiz məlumata görə, mahaçqalalılar komandanı yaxşı tanıyan Sadıqovu mövsümə az qalan vaxtda qaytarıb, yenidən onun xidmətindən istifadə etməyi düşünür. Hətta telefon söhbətində buna işarə vurulub. Bu haqda danışmaq istəməyən Sadıqov qayıdışını istisna etmədi. Mövsümə son hazırlığa fevralın 15-16-da Türkiyədə başlayacaq “Anji”nin vəziyyətdən çıxış yolu kimi yaxşı tanıdığı köhnə məşqçilərə müraciət edəcəyi gözlənilir.
Mehman SÜLEYMANOV

0
0