Avropa Liqası: 1/4 final iştirakçıları müəyyənləşdi
16.03.2012 - 01:58
Avropa Liqası: 1/4 final iştirakçıları müəyyənləşdi
Bu gün Avroliqada 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin ¼ final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Onların arasında Türkiyənin avrokuboklarda qalan yeganə təmsilçisi “Beşiktaş” yer almayıb. İstanbullular Madrid “Atletiko”sundan yenə 3 qol buraxsa da, bu dəfə evdə böyük hesabla uduzub.

Ən böyük sensasiya isə əsas favoritlər olan Mançester təmsilçilərinin mübarizədən kənarda qalmağıdır. “Atletik” “Mançester Yunayted”i yenə minimal fərqlə olsa da yenib. “Mançester Siti” isə “Sportinq”lə oyunda ilk hissədən sonra 2 top fərqi ilə geridə olsa da, fasilədən sonra 3 qol vuraraq, əzmkar qələbə qazanıb. Ancaq portuqaliyalılar rəqib meydanında vurulan qollar hesabına mərhələ adlayıb. Digər sensasiya kimi “Metalllist”in hesabda geridə olmağına baxmayaraq, sonda 5 dəqiqəyə vurduğu 2 qolla əzmkar qələbə qazanmağını qeyd etmək olar.

Qeyd edək ki, ¼ final mərhələsinin iştirakçıları “Atletiko”, “Atletik”, “Valensiya” (hamısı İspaniya), “Sportinq” (Portuqaliya), “Metallist” (Ukrayna) ilə yanaşı, “Alkmaar” (Hollandiya), “Şalke”, “Hannover-96” (hər ikisi Almaniya) olub.

15 mart

“Beşiktaş” (Türkiyə) – “Atletiko” (İspaniya) - 0:3
Adrian, 26; Radamel Falkao, 84; Salvio, 90+2
İlk oyun – 1:3

“Şalke” (Almaniya) – “Tvente” (Hollandiya) - 4:1
Yan Huntelar, 29; 57 (pen); 82; Cons, 71 - Villem Yanssen, 14
İlk oyun – 0:1

“Mançester Siti” (İngiltərə) – “Sportinq” (Portuqaliya) - 3:2
Serxio Aquero, 60; 82; Mario Balotelli, 75 (pen) - Matias Fernandez, 33; Riçi van Volfsvinkel, 40
İlk oyun – 0:1

“Olimpiakos” (Yunanıstan) – “Metallist” (Ukrayna) - 1:2
İvan Marcano, 15 - Kristian Vilyaqra, 81; Marko Deviç, 86
İlk oyun – 1:0

“Atletik” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1
Fernando Lorente, 23; Oscar De Markos, 65 - Ueyn Runi, 80
İlk oyun – 3:2

PSV (Hollandiya) – “Valensiya” (İspaniya) - 1:1
Ola Toivonen, 64 - Adil Rami, 46
İlk oyun – 2:4

“Udineze” (İtaliya) – “Alkmaar” (Hollandiya) - 2:1
Antonio Di Natale, 3 (pen); 15 - Erik Falkenburq, 31
Qırmızı vərəqə: Nik Viergever (Alkmaar)
İlk oyun – 0:2

“Hannover-96” (Almaniya) – “Standard” (Belçika) - 4:0
Mohammed Abdellaoue, 4; Kanu, 21 (avtoqol); Didier Konan, 73; Sergio Pinto, 90
İlk oyun – 2:2